"Ayntraxt" azarkeşləri UEFA Avropa Liqasının finalı öncəsi "Reyncers" fanatlarına hücum çəkib.

Offsideplus.az xəbər verir ki, hadisə oyunun keçiriləcəyi Sevilya şəhərində baş verib. Almaniya klubunun 200-ə yaxın azarkeşi rəqibin azarkeşlərinə hücum edib. Bəziləri polis əməkdaşlarına məşəl, şüşə və stol atıblar. Onlardan 5-i həbs edilib.

Xatırladaq ki, bu gün keçiriləcək “Ayntraxt” - “Reyncers” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.