Kişi və qadın basketbolçulardan ibarət Rusiya yığmaları dünya çempionatından kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, analoji sanksiya Belarus yığmalarına da aiddir.

Hər iki ölkə kollektivlərinin seçmə mərhələlərdəki nəticələri ləğv olunub.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatı bu il 22 sentyabr - 1 oktyabrda Avstraliyada, kişilər arasında mundial isə 2023-cü ildə İndoneziya, Yaponiya və Filippində təşkil olunacaq.