Məşhur futbolçuların menecerliyi edən Mino Raiola vəfət edib.

 Offsideplus.az xəbər verir ki, 52 yaşlı funksioner bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, Erlinq Haaland, Mattias de Layt, Cianluci Donnarumma, Pol Poqba, Marko Veratti, Stefan de Vriy və Mario Balotellinin meneceri idi.