Yamaykanın U-19 millisinin üzvü Omar Leinq öldürülüb.

  Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu küçədə paytaxt Kinqstonda güllələnib. Hadisə dünən baş verib. Bu barədə "Loop Jamaica" məlumat yayıb.

Bildirək ki, həm də dünən Omar Leinqin doğum günü imiş.