"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya ağır itki üz verib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı forvardın yenicə doğulan övladı bu gün dünyasını dəyişib.

Bu barədə məlumatı Kriştiano şəxsi "instaqram" hesabında paylaşıb.

Bildirək ki, futbolçunun sevgilisi Corcina Rodriges əkiz uşaq dünyaya gətirmişdi.

Screenshot 20220418 222939