"Real"ın əfsanəvi futbolçusu Fransisko Gento dünyasını dəyişib.

Offsideplus.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, o, 88 yaşında vəfat edib.

 

Pako Gento 1953/1971-ci illər aralığında çıxış etdiyi "Real"da 523 oyuna 159 qol və 3 məhsuldar ötürmə edib. 

O, 12 dəfə də La Liqanın qalibi olub. 

Gento İspaniya millisi ilə 45 matça çıxb və 5 qol vurub. O, karyerası ərzində 21 kubok qazanıb.