“Napoli” klubunun futbolçusu Adam Unasın evi qarət edilib.

Offsideplus.az xəbər verir ki,  futbolçu  “Milan”la A Seriyası matçı üçün səfərə yollanmazdan bir saat əvvəl klubun bazasından ayrılaraq evinə gedib.

Unas evdə iki soyğunçu ilə qarşılaşıb. Oğrular Unasdan 5 min avro pul və qızıl-zinyət əşyaları tələb ediblər. Futbolçu qarətçilərin istədiklərini verməyə məcbur olub.