Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən "Qəbələ" - "Zirə" oyunu (1:1) bitdikdən sonra qalmaqal baş verib.

Offsideplus.az xəbər verir ki, hadisə meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyevlə qonaqların müdafiəçisi Dimitrios Çantakias arasında yaşanıb. Əsəblərinə hakim ola bilməyən E.Şahverdiyev rəqibə kəllə ilə zərbə vurub.

Bu səbəbdən görüşün baş hakimi Əliyar Ağayev Ehtirama qırmızı, Çantakiasa isə sarı vərəqə göstərib.