"Yuventus" klubunun futbolçusu Artur Melo bu gün avtomobil qəzası törədib.

Offsideplus.az xəbər verir ki, o, "Ferrari" markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirib.

25 yaşlı yarımmüdafiəçi qəzada heç bir xəsarət almayıb. Lakin oyunçunun avtomobilinə ciddi ziyan dəyib.