I MDB Oyunlarında Azərbaycan və Rusiyanın 3x3 basketbol yığmaları arasında keçirilən yarımfinal oyunu yarımçıq dayandırılıb.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, səbəb yarış meydançasında döşəmənin altına suyun yığılması olub.

Təşkilatçılar meydan sahibləri 8:4 hesabı ilə öndə olduğu vaxt həmin hissəni kəsib ayıraraq, suyu təmizləməyi qərara alıblar. Bu səbəbdən yarım saatadək fasilə yaranıb.