Kriştiano Ronaldo Portuqaliya millisinin futbolçusu yığmadakı oyun sayında Avropa rekordunu təkrarlayıb.

Offsideplus.az-ın məlumatına görə, İrlandiya ilə DÇ-2022-nin seçmə oyunu (2:1) Ronaldonun millidə 180-ci matçı olub. O, bu göstəricidə İspaniya yığmasının müdafiəçisi Serxio Ramosa çatıb. 

Qətərlə sentyabrın 4-dəki yoxlama oyununda Kriştiano malayziyalı So Çin Auna məxsus 195 matçlıq qitə rekordunu yeniləyəcək. 

Xatırladaq ki, ötən gecə İrlandiya ilə matçda dubl edən Ronaldo millidəki top sayında (111) dünya rekordunu yeniləyib.