İtaliyanın D Seriyasında çıxış edən "Atletiko Terme Fyuci" klubunun futbolçusu Marko Tampvo dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçunun ölümünə infarktın səbəb olduğu ehtimal edilir.

Bir neçə gün öncə koronavirusa yoluxan Tampvonun vəziyyəti qəfil pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.