Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Finlandiyaya səfər edib. 

 

Bu barədə Offsideplus.az-ın Helsinkiyə ezam olunmuş əməkdaşı məlumat verib. Səfir Zaur Əhmədov "Neftçi"nin qaldığı otelə baş çəkib, komandanın baş məşqçisi Samir Abasov və klubun prezidenti Kamran Quliyevlə görüşüb.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK və "Neftçi" komandaları arasında keçiriləcək cavab oyunu sabah saat 20:00-da start götürəcək.