Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov "instaqram" hesabında ictimaiyyətinə qəzəbinə səbəb olan video paylaşıb.

Tanınmış cüdoçu hündürmərtəbəli binada dayanaraq, əlindəki dollar əskinaslarını eyvandan aşağı atıb. Yanındakı dostu isə yaşananları telefonun yaddaşına köçürüb, daha sonra video sosial şəbəkələrin "bəzəyinə" çevrilib.

Offsideplus.az xəbər verir ki, Qasımovun bu hərəkəti cüdo başbilənlərini qəzəbləndirilib. 

Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib: “Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, "instaqram" hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Hazırda Qasımov milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.

Həmin görüntüləri təqdim edirik: