"Nefçti"nin sabiq futbolçusu Keysuke Honda Azərbaycanda kimsəsiz uşaqları ziyarət edib. 

Offsideplus.az xəbər verir ki, bu barədə yaponiyalı ulduz sosial şəbəkə hesabında məlumat yayıb. Uşaqlarla şəklini paylaşan Honda, bu sözləri yazıb:

"Azərbaycanda kimsəsiz uşaqlara  baş çəkdim. Bütün uşaqların gələcək üçün bir-birindən fərqli xəyallarının olması məni təəccübləndirdi".

 Qeyd edək ki, Hondanın "Neftçi" ilə başa çatan müqaviləsi yenilənməyib və komandanı tərk edib.