"Santyaqo Bernabeu"da aparılan yenidənqurma işlərinə görə, "Real" rəqiblərini "Alfredo Si Stefano"da qəbul edir.

Möhtəşəm arenanın tam hazır olması bir qədər yubana bilər. Buna səbəb Madriddəki stadionda baş verən yanğındır.

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Santyaqo Bernabeu"da qəfil yanğın başlayıb. Yanğının daxildəki hansısa nasazlıq üzündən baş qaldırdığı bilinsə də, konkret səbəbi bəlli deyil. Hadisə yerinə gələn yanğınsöndürən maşın və insanların sayəsində təhlükəni sovuşdurmaq mümkün olub. 

Qeyd edək ki, "Santyaqo Bernabeu"nun avqustda tam hazır  olacağı deyilir.