Çinin şimalındakı Qansu əyalətində keçirilən dağ marafonu fəlakətlə nəticələnib.

Offsideplus.az xəbər verir ki, yarış zamanı güclü yağış və fırtına 21 can alıb. Belə ki, gecə boyunca davam edən xilasetməyə qoşulan 700 nəfərdən 21-i dünyasını dəyişib. 

Sözügedən marafona 172 idmançı qatılmışdı.

Bölgənin valisi keçirdiyi mətbuat konfransında dünyasını dəyişənlərin ailəsindən üzr istəyib.