"CBC Sport" İspaniya La Liqasının 35-ci turunda mayın 8-də keçiriləcək "Barselona" - "Atletiko" oyununu televiziya kanalı vasitəsilə canlı yayımlamayacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutacaq "Keşlə" - "Sumqayıt" matçı ilə üst-üstə düşməsidir. 

"CBC Sport"un sosial şəbəkə hesabından bildirilib ki, tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, La Liqa qarşılaşması cbcsport.tv saytı vasitəsilə canlı təqdim olunacaq: "Telekanal yarandığı gündən Azərbaycan çempionatını prioritet saydığından, "Keşlə" - "Sumqayıt" oyunu telekanal vasitəsilə canlı yayımlanacaq".

Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" oyunu saat 18:00-da, "Barselona" - "Atletiko" matçı iə saat 18:15-də başlayacaq.