Böyük Britaniyanın baş naziri Boris Conson Avropa Super Liqası yaradılması planlarını tənqid edib.

Offsideplus.az xəbər verir ki, Conson yarışın daxili çempionatlara və ölkədəki azarkeşlərə təsir edəcəyini bildirib.

"Biz UEFA və FIFA-nı, onların atacaqları addımları dəstəkləyirik. Bu, milli çempionatların ürəyinə zərbə endirəcək və ölkədəki bütün fanatlara toxunacaq. Cəlb olunmuş klublar gələcək addımlara qərar verməzdən əvvəl azarkeşlərinə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir".

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.