2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı oyunlarına gələcək azarkeşlərin peyvənd olunmasını planlaşdırılır.

Offsideplus.az xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd ben Abderrahmani Əl-Tani açıqlayıb:

"Bütün peyvənd istehsalçıları ilə Dünya kubokuna gələn hər kəsin vaksinasiyadan keçəcəyinə necə əmin ola biləcəyimiz barədə danışıqlar aparırıq. İndi DÇ-2022-nin bütün iştirakçılarını peyvənd etmək üçün proqramlar hazırlanır. Ümid edirəm ki, koronavirussuz bir çempionata ev sahibliyi edə biləcəyik. Pandemiyanın qlobal olaraq azalmasına və yoxa çıxmasına ümid edirik".