Tanınmış idman şərhçisi İsmayıl Abdullayev "CBC Sport" kanalına keçib.

Offsideplus.az xəbər verir ki, Abdullayevin ilk şərh edəcəyi oyunun "Betis" - "Atletiko" oyunu olacağı gözlənilir. Bundan əlavə, o, "Neftçi"nin telekanalında olan işinə də davam edəcək.

Qeyd edək ki, İsmayıl Abdullayev keçən ilin sentyabrında "İdman TV"dən ayrılmışdı.