Qətərin "Al-Tor" klubunun futbolçusu Yuki Kobayaşi maraqlı iddia ilə gündəmə gəlib. 

Offsideplus.az xəbər verir ki, yaponiyalı futbolçu "Al-Qarafa" ilə oyunda (1:3) baş hakimin ona ölüm təhdidi etdiyini açıqlayıb. "Tvitter" hesabında bu barədə açıqlama verən Kobayaşi hadisəni bu cür nəql edib:

"Əldülrəhman İbrahim əl-Cassimin aut qərarını komanda yoldaşım yerinə yetirdi. Bu an "Qafara"nın futbolçusu ona toxundu. Bu barədə hakimə bildirdiyimdə dedi ki, "toxundu, lakin yüngül idi. Yüngül toxunuş, toxunuş sayılmaz". Ona, "Ciddisən? Bu hörmətsizlikdir". O isə cavabında mənə bu sözləri dedi: "Artıq rəqibimsən, Səni öldürəcəm".