İtaliya məhkəməsi Robinyonun apellyasiya şikayətini rədd edib. 

Offsideplus.az "G1 Globo"ya istinadla xəbər verir ki,23 yaşlı qızı zorlamaqda təqsirləndirilən  "Milan", "Real", "Mançester Siti" kimi klubların sabiq futbolçusunun özünümüdafiə məktubu qəbul olunmayıb. Əlacsız vəziyyətdə qalan Robinyonun müdafiəçiləri sonuncu çıxış yolunu Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət etməkdə görüb. Bunun üçün braziliyalının əlavə 45 gün vaxtı olacaq. 

Qeyd edək ki, qızı zorlamaqda məşhur sima ilə yanaşı daha 5 nəfər təqsirləndirilib. Robinyo intim münasibətin qarşılıqlı razılıq əsasında baş verdiyini deyib.  CAS da Robinyonu haqlı bilməsə, 2017-ci ildə verilmiş qərara əsasən braziliyalı 9 il azadlıqdan məhrum ediləcək.