Rumıniyanın "Dinamo" klubunun futbolçusu Maqaye Geye narkotik maddə qəbul etməkdə ittiham olunur.

Offsideplus.az "Digisport"a istinadən xəbər verir ki, ölkə kubokunun "Styaua" ilə matçından sonra Seneqal əsilli fransalı hücumçunun qanında kokain aşkarlanıb.

Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.