Ötən gecə Milan derbisində Zlatan İbrahimoviçRomalu Lukaku arasında yaşanan mübahisənin təfərrüatı üzə çıxıb.

Offsideplus.az  tərəflərin bir-birinə işlətdiyi ifadələri təqdim edir:

Zlatan: "Bu gecə topa hər toxunuşun üçün sənə 500 avro verəcəyəm."
Romelu Lukaku: "Paltardəyişmə otağına gedək, əclaf! Orada görərsən!"
Zlatan: "Get Afrikada lənətəgəlmiş voodoo ayinini keçir, get voodoo ayinini keçir, balaca eşşək! Zəng et ananı çağır, zibil voodoo ayinini keçir!"
Romelu (tunelə gedərkən): "O, anam barədə danışır?! Əclaf oğlu! Səni də həyat yoldaşını da ***" (ardınca baş məşqçinin köməkçisi onu oradan uzaqlaşdıır).

Qeyd edək ki, voodoo Afrikada edilən dini ayinlərdən biridir. Zlatanın Romelu Lukakuya işlətdiyi bu ifadə isə Romelunun "Everton" klubunun yeni müqavilə təklifini rədd etməsi ilə bağlı olan söz-söhbətə bir göndərmədir. Belə ki, 2014-2017 illər aralığında Romelu Lukaku "Everton" forması geyinmiş və müqavilə müddəti bitməyə yaxın müddətdə "Everton" rəhbərliyi ona yeni müqavilə təklif etmişdi. "Everton"un əsas sahibkarı olan Farhad Moshiri 3 il öncə bir açıqlama vermişdi:

"Həmin vaxt ona "Çelsi" klubundan daha yaxşı təklif etmişdik, hər şey yolunda idi və çöldə bir neçə müxbir bizi gözləyirdi, onun agenti belə gəlmişdi və klub rəhbəri Robert Elstone da burada idi. Ardınca isə görüşdə Romelu anasına zəng elədi və anası Afrikada voodoo ayini etdiyini, Romelunun "Çelsi" klubuna getməli olduğunu bildirdi, futbolçu danışıqları dayandırdı."

Lakin Romelunun nümayəndəsi sonradan rəhbər Farhadın bu açıqlamasının doğru olmadığını bildirmiş və futbolçunun bu cür dini ayinlərlə əlaqəsinin olmadığını ifadə etmişdi. Futbolçu 2017-ci ilin yayında "Çelsi" əvəzinə gözlənilmədən "Mançester Yunayted" klubuna keçmişdi. Məhz Zlatan da ötən gecəki mübahisədə həmin voodoo mövzusuna göndərmə etdi. (Avropa Liqaları)