Argentinalı 25 yaşlı futbolçu Yevgeniya Laprovittola özünü əfsanəvi Dieqo Maradonanın qızı elan edib.

Offsideplus.az Daily Mail-ə istinadən xəbər verir ki, idmançı Maradonanın onun atası olduğunu sübut etmək üçün artıq məhkəmədə iddia da qaldırıb. Jurnalist Luis Venturanın sözlərinə görə, Maradona ölümündən əvvəl Laprovittolanın arzusu barədə xəbərdarlıq edilib.

Maradona rəsmən beş övad atasıdır. İndi argentinalının bir neçə tanınmamış varisi onunla qohumluğunu sübut etməyə çalışır.

Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından vəfat edib.