İstanbul Hava Limanında skandal hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, braziliyadan gələn Xorvatiya vətəndaşı şübhəli hərəkətləri ilə diqqət çəkib. Həmin şəxsin çamadanları Türkiyə gömrük xidmətinin əməkdaşları tərəfindən yoxlanılarkən 2, 650 kq heroin aşkarlanıb. Təxminən 2 milyon lirə dəyərində olan narkotik maddə əfsanəvi futbolçu Dieqo Maradonanın tablolarının arxasından tapılıb. Saxlanılan şəxslə bağlı istintaq işləri başladılıb.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabrda ürəktutmasından vəfat edib.