"Zalsburq"un iki futbolçusunda təsirli pereparatların izi aşkarlanıb.

Offsideplus.az klubun "tvitter" səhifəsindəki məlumata əsasən xəbər verir ki, malili futbolçular Məhəmməd Kamara ilə Seku Koyta yığmanın düşərgəsindən qayıdandan sonra dopinq-test verib. Həmin testin cavabı müsbət çıxıb. 

Futbolçular da ötən ay Mali millisinin düşərgəsində olanda onlara müxtəlif pereparatlar verildiyini təsdiqləyib. Yığmanın həkimi xəstəlikdən qorunmaq üçün onlara immunitet yüksəldən tabletlər verib ki, bu da məlum vəziyyətə səbəb olub. 

UEFA-nın və Beynəlxalq Antidopinq Agentliyinin hansı qərar verəcəyi araşdırmaların yekunda məlum olacaq. 

Qeyd edək ki, "Zalsburq" cari avrokubok mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak edirdi. "Bavariya", "Atletiko" və "Lokomotiv"in yer aldığı qrupda 4 xal toplayan avstriyalılar 3-cü pilləni tutub fevralda Avroliqanın 1/16 final mərhələsində "Vilyareal"la oynamaq imkanı qazanıb.