Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin FİFA-nın “The Best” mükafatının sorğusunda kimlərə səs verdiyi məlum olub.

Offsideplus.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Byazi ən yaxşı kişi futbolçu nominasiyası üzrə Robert Levandovskiyə (“Bavariya”) 5, Məhəmməd Salaha (“Liverpul”) 3, Kevin de Bruyneyə (“Mançester Siti”) isə 1 səs verib. İtalyan mütəxəssis ən yaxşı kişi baş məşqçi sorğusunda isə Yurgen Kloppa (“Liverpul”) 5, Xulen Lopeteqiyə (“Sevilya”) 3, Zinəddin Zidana (“Real”) 1 səs verib.
FİFA tərəfindən ilin ən yaxşı futbolçusu “Bavariya”lı Robert Levandovski, ən yaxşı kişi baş məşqçi isə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib.