Əfsanəvi futbolçu Dieqo Maradonanın şəkli Argentinanın pul vahidi olan "peso"nun üzərində basıla bilər.

Offsideplus.az xəbər verir ki, bunu Argentina senatorlarından biri Norma Duranqo təklif edib. Belə ki, o, 1000 "peso" pul vahidinin (12 dollar) üzərində Maradonanın fotosunun yerləşdirilməsi fikrini irəli sürüb. Bundan əlavə, senator bəzi möhürlərə də futbol əfsanəsinin şəklini yerləşdirməyi deyib.

Qeyd edək ki, Dieqo Maradona 25 noyabrda ürəktutmasından vəfat edib.

 115954050 gettyimages 984953912