Dekabrın 4-də baş tutacaq FIFA Şurasının iclasında əfsanəvi Dieqo Maradonanın xatirəsi yad ediləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə rəsmi qurumun saytında məlumat yayılıb. Argentinalı futbol dahisinin bir dəqiqəlik sükutla anılacağı bildirilir.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.