Əfsanəvi Dieqo Maradonanın ölümündən öncə göndərdiyi son mesajı yayımlanıb.

Offsideplus.az Football İtalia-ya istinadən xəbər verir ki, 60 yaşında vəfat edən Maradona son dəfə keçmiş həyat yoldaşı Veronika Oxedanın sevgilisi Mario Bodriyə səsli mesaj göndərib.

Səs yazısında o, Bodridən Oxeda və 7 yaşlı oğlu Dieqo Fernandonun qayğısına qalmağını istəyib: "Salam, Mario. Bu, Dieqodur. Bəlkə də sözlərimə inanmayacaqsan, amma görürəm ki, Veronika yaxşı qadındır. Mənə dedi ki, siz birlikdə yaşayırsınız. Onun və əvəzolunmaz mələyim Dieqonun qeydinə qal. Çox oğlum var, amma məni sonuncu ağ saçlarımdan məhz Fernando xilas edəcək".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.