Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün aqibətinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, İspaniya ilə oyundakı 0:6 hesablı məğlubiyyətdən sonra 60 yaşlı mütəxəssisin istefası gündəmə gəlsə də, Almaniya Futbol Federasiyası onun postunda qalmasına qərar verib.
Federasiyanın rəsmi saytının yaydığı məlumatda təcrübəli mütəxəssisin işini davam etdirəcəyi, gələn il keçiriləcək AÇ-2020-də də komandaya rəhbərlik edəcəyi qeyd olunub.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2014-ün qalibi olub.