Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona ölümündən bir müddət əvvəl başından xəsarət alıb.

Offsideplus.az xəbər verir ki, onun keçmiş həyat yoldaşı Veronika Oxedanın qardaşı Mario Bodri "Marca"ya açıqlamasında bildirib ki, ötənlərin ünlü "10 nömrə"si ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başının sağ hissəsi divara çırpılıb. Bodri bununla bağlı həkimə müraciət edilməyini də vurğulayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində vəfat edib.