Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.

Offsideplus.az xəbər verir ki, Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.