Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın cənazəsi vida mərasiminin keçiriləcəyi Buenos-Ayresdəki Kasa Rosada prezident sarayına aparılıb.

Offsideplus.az xəbər verir ki, mərasim nahar vaxtı başlayacaq və 48 saat davam edəcək. Vida mərasiminə hər kəs gedə bilər. 

Maradonanın cənazəsi prezident sarayına aparıldı

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.