Ötən həftələrdə beyin əməliyyatı keçirərək evə buraxılan Maradonanın səhhəti pisləşib.

Offsideplus.az çoxsaylı mənbələrə istinadən verir ki, Dieqo Maradona bu gün evində infarkt keçirərək vəfat edib. Argentinalı əfsanə 60 yaşında dünyadan köçüb. 

Argentinada Maradonanın ölümünə görə 3 günlük matəm elan edilib.

O, futbol dünyasının ən sevilən və pərəstiş edilən futbolçularından biri idi. Karyerası boyunca "Barselona", "Napoli", "Sevilya" kimi klublarda çıxış etmiş, Argentina millisi ilə 1986-cı il Dünya Kubokunu qazanmışdı.

Dünya futbolundan daha bir əfsanə ayrıldı...