FIFA ilin sonunda təşkil ediləcək mükafatlandırma mərasiminin dekabrın 17-də onlayn formada keçiriləcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "The Best" mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq. Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəyi səsvermə dekabrın 9-dək davam edəcək.

Tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçiləri, ilin "fair-play" mükafatına layiq görülən kollektivi və ən yaxşı qolun müəllifinə verilən "Ferents Puşkaş" mükafatının sahibini də müəyyənləşəcək. Qadın və kişilərdən ibarət ilin rəmzi komandaları, həmçinin ilin ən yaxşı azarkeşləri də açıqlanacaq.

Qeyd edək ki, FIFA qarşıdakı günlərdə nominasiyalar üzrə namizədlərin adlarını açıqlayacaq.