Futbol üzrə Uruqvay millisində koronavirusa kütləvi yoluxma faktı qeyd olunub.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Aleksis Rolin və hücumçu Dieqo Rossinin test nəticəsi müsbət olub.

Bundan əlavə, nümayəndə heyətinin 5 üzvü infeksiyaya yoluxub.

Bir neçə gün öncə isə İspaniya "Atletiko"sunun uruqvaylı futbolçusu Luis Suaresdə koronavirus aşkarlanıb.