Xəstəxanaya yerləşdirilən Dieqo Maradonanın son vəziyyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə argentinalı əfsanənin həkimi Leopoldo Luque məlumat verib. O, Maradonanın durumunun yaxşıya doğru getdiyini, bir neçə gün müşahidə altında olacağını və uzun müddət müalicə ediləcəyini deyib.

Qeyd edək ki, Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb.