Dünyanı cənginə alan koronavirus pandemiyası futbola da öz təsirini göstərməkdədi.

İndiyə qədər bir çox komandaların futbolçuları virusa yoluxub. Bu dəfə növbə "Aleksandriya"ya çatıb.

Offside.az Ukrayna təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bir neçə futbolçuda koronavirus aşkarlanıb. Komanda üzvlərinin verdiyi testin cavabı müsbət çıxdığından, kollektiv tam tərkibdə karantinə alınıb. "Aleksandriya"nın şərəfini qoruyan futbolçulardan biri də Pavel Paşayevdi. 2017-ci ildən adıçəkilən komandada çıxış edən müdafiəçi 21 matçda millinin formasını geyinib.