Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Offsideplus.az xəbər verir ki, ordu sırasına cəlb olunanlar arasında idman ictimaiyyətinin nümayəndələri də yer alıblar.

Bunlar - taekvando üzrə Avropa Oyunlarının qalibi, Avropa çempionatının mükafatçısı Ayxan Tağızadə, qarışıq döyüş növü üzrə "RİZİN" turnirinin qalibi, döyüşçü Tofiq Musayev, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov səfərbərlik xidməti tərəfindən döyüş üçün ordu sıralarına cəlb olunub. CBC Sportun şərhçisi Süleyman Vəliyev isə hərbi xidmətə yola düşüb.

Qeyd edək ki, əməkdaşımız Daşqın Əziz də ehtiyatda olan hərbçi kimi xidmətə yollanıb.

120222059 1875570312581763 8260896392824909188 n

120373748 729873497563110 2690874192800687870 n