"Real”ın qapıçısı Tibo Kurtua 2010-cu ildə "Hoffenhaym”a keçə bilərmiş.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Hoffenhaym”ın sabiq skautu, hazırda "Fortuna”da idman direktoru olan Luts Pafennenştil verib.

Klub rəhbərliyi onu riyaziyyat fənni ilə bağlı problemi olduğuna görə transfer etməyib:  "Kurtuanı izləyirdik. Biz onunla müqavilə bağlamağa yaxın idik. Ancaq sonradan onun riyaziyyat fənni ilə bağlı məktəbdə problemi yarandı. Ona görə də bu transferdən imtina etdik”.
Kurtua peşəkar karyerasını 2009-cu ildə "Genk”də başlayıb. İki il sonra isə "Çelsi”yə keçib. Amma ilk 3 ili icarə əsasında "Atletiko”da oynayıb. 2018-ci ildə "Real”a transfer olunub.