Karantin günlərində bir çox məşhurlar kimi rusiyalı tennisçi Mariya Şarapova da "İnstaqram”da izləyicilərinin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, Şarapova karyerası ərzində aldığı ən qeyri-adi hədiyyə barədə suala maraqlı cavabla diqqət çəkib:
"Bir dəfə mənə tualet verdilər! Bu, möhtəşəm Yapon tualetlərindəndir”.
33 yaşlı Şarapova dünya reytinqinin sabiq birincisidir. O. karyerasını 2020-ci ilin fevralında bitirib.