"Arabic.sport360" Avropanın ən böyük futbol arenaları barədə araşdırma aparıb.

Offsideplus.az xəbər verir ki, qitədəki ən böyük 30 stadion siyahısında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. 68 700 azarkeş tutumuna malik olan BOS 17-ci sırada yer alıb.

bok

İlk pillədə 99 min 354 azarkeş tutumu ilə İspaniyanın "Barselona" klubunun "Nou Kamp" stadionu qərarlaşıb. İngiltərənin "Uembli" stadionu (90 000) ikinci yerdə qərarlaşıb.

Almaniyanın "Borussiya" (Dortmund) komandasının ev oyunlarını keçirdiyi "Siqnal İduna Park"  81 359 tamaşaçı sayı ilə üçüncüdür.