Məşhur braziliyalı futbolçu Ronaldinyo hazırda Paraqvayda həbsxanadadır.

Offsideplus.az xəbər verir ki, sənədləri saxtalaşdırmaqda ittiham olunaraq altı aylıq həbs edilən Ronaldinyoya Paraqvay yığmasının sabiq üzvü Nelson Kuevas baş çəkib. O, Ronaldinyonun hazırkı durumununun yaxşı olmadığını bildirib:
"Aydın məsələdir ki, indi onun əhvalı yaxşı deyil. Onda əsasən nəyi müşahidə etdim? İlk növbədə məşhur təbəssümünün itməsini. O, həbsxanadadır. Bu isə onun öyrəşdiyi situasiya deyil. Orada heç bir lüks yoxdur”.