“Real” kapitanı Serxio Ramosla danışıq aparmayıb.
Offsideplus.az xəbər verir ki, oyunçunun qardaşı və agenti Rene Ramos “Marca”ya açıqlamasında bildirib ki, rəhbərlik sözləşmə yeniləmək üçün Ramosla əlaqə saxlamayıb. Ancaq iki tərəfin də belə bir niyyətinin olduğunu vurğulayıb. Rene qardaşının “Real”da xoşbəxt olduğunu və yaxın vaxtda danışıqların bərpa olacağını ümid etdiyini sözlərinə əlvə edib.
Xatırladaq ki, İspaniya mətbuatı "kral klubu"nun kapitana yeni sözləşmə təklif etdiyini yazmışdı.
Qeyd edək ki, müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.