"Qarabağ" klubu Türkiyədən futbolçu transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, Ağdam klubu Türkiyənin III liqasında çıxış edən "1928 Bucaspor"un vingeri Oğuz Aydını heyətinə qatmaq niyyətindədir.
Ağdam təmsilçisinin 20 yaşlı sol cinah oyunçusu ilə bağlı ilk cəhdi uğursuz olub. "Kölən atlar" gələn həftə yenidən "1928 Bucaspor”a müraciət edəcək.
Qeyd edək ki, Oğuz Aydın "1928 Bucaspor”un heyətində keçirdiyi 18 oyunda 2 qol vurub. Əvvəllər "Bucaspor" və "Karacabəy Bələdiyyəspor" klublarında forma geyinmiş 20 yaşlı futbolçu Türkiyənin U-19 millisində çıxış edib.