Ukrayna Premyer Liqasında 24-cü turun "Karpatı" - "Mariupol" matçı baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb Lvov təmsilçisinin bəzi futbolçuları və əməkdaşlarında koronavirus testinin müsbət nəticə verməsidir. Onlar özünütədric rejiminə keçiriliblər və hamısında xəstəliyin simptomsuz yayıldığı bildirilib.
Görüş mayın 31-nə nəzərdə tutulurdu. Oyunun gələcək taleyinə dair qərar tezliklə veriləcək.
Qeyd edək ki, UPL bu gün bərpa olunacaq.