"Tottenhem" klubunun cənubi koreyalı futbolçusu Son Hın Min ölkəsində hərbi xidmətdən keçdikdən sonra İngiltərəyə qayıdıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun koronavirus testinin nəticəsi müsbət olacağı təqdirdə, karantində olacaq. Onda pandemiya aşkarlanmasa, o, gələn həftədən klubun bazasında fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib.